Dərc edildi: Baxış sayı: 466
Azərbaycanlı futbolçu digər Rusiya klubuna keçdi
Azərbaycanlı futbolçu Turqay Möhbalıyev Rusiyanın “Ufa” klubu ilə uzunmüddətli müqavilə bağlayıb.
Başqırdıstan klubunun rəsmi “Facebook” səhifəsi xəbər verir ki, 19 yaşlı futbolçu Moskva “Spartak"ının Akademiyasındakı altı illik karyerasından sonra peşəkar müqaviləyə imza atıb.
Ötən mövsüm “Spartak”la gənclərin çempionatında 28 matça iki qol vurmuş T.Möhbalıyev Rusiyanın 19 yaşadək millisinin üzvüdür (burada dörd matç keçirib).
O, Naxçıvanda doğulub və valideynləri daha sonra Moskvaya köçüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət