Slimfit
  1. HƏRB

Azərbaycanlı əsgərə verilən işgəncə - erməni vəhşiliyi və tərbiyəsizliyinin növbəti ifşası

Azərbaycanlı əsgərə verilən işgəncə - erməni vəhşiliyi və tərbiyəsizliyinin növbəti ifşası
Sakura

Azərbaycanlı əsgərə verilən işgəncə - erməni vəhşiliyi və tərbiyəsizliyinin növbəti ifşası

Ötən gün ermənilərin vəhşiliyini əks etdirən və Ermənistanın əsl simasını, həyata keçirdiyi siyasətin mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirən daha bir hadisə baş verib. Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla şərti dövlət sərhədi istiqamətində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən azaraq itkin düşən azərbaycanlı əsgəri ermənilər döyüb, işgəncə veriblər və bütün bunları videoya çəkiblər, həmin görüntüləri fotolarla birlikdə mətbuatda, sosial şəbəkələrdə yayıblar.

Azərbaycan Ordusunun əsgərləri - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman aprelin 9-dan itkin düşüblər. Yalnız üç gündən sonra - aprelin 12-də Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçilərin bu ölkədə saxlandığını boynuna alıb. Amma yenə də erməni hiyləgərliyi və saxtakarlığı ilə. Qalib ordu olan Azərbaycan Ordusunda guya əsgərlər bir-birini incidir, döyür və s. Ona görə də B.Bəbirov və H.Axundov “Ermənistana sığınıb”.

Ermənistanın Müdafiə Nazirliyi aprelin 13-də azərbaycanlı hərbçilərin bu ölkədə saxlandığını təsdiqlədi. Bundan bir qədər sonra isə işgəncə və qeyri-insani rəftarla bağlı görüntülər yayıldı.

Ancaq ermənilər tərəfindən fiziki və mənəvi işgəncəyə məruz qalan H.Axundovun fotosu yayılandan sonra Ermənistan hökumətinə bağlı təbliğat kanalları, KİV-i və hüquq mühafizə orqanları başqa bir yalanı uydurdular. Guya azərbaycanlı əsgər Zəngəzur Mis-Molibden Kombinatının gözətçisini öldürüb, cib telefonunu götürüb və s. Bu yerdə A.S.Puşkinin məşhur misrası “ermənisən, oğrusan, yalançısan”, yaxud qaraçıların “ən pis qaraçı ermənidir” ifadələri yada düşür.

Bir hadisə ilə bağlı Ermənistanın baş nazirinin, rəsmi qurumların və erməni KİV-lərinin ziddiyyətli məlumatları və işgəncəyə məruz qalmış əsgərin fotosu bu etnosun mənəvi, əxlaqi göstəricisi sayıla bilər.

“Əsir hərbçilərlə davranış haqqında Cenevrə konvensiyası” var. Bu sənəd 1949-cu il avqustun 12-də, yəni İkinci Dünya müharibəsi bitəndən 4 il sonra qəbul edilib. Başqa sözlə, sovet əsirliyində olan Almaniya ordusunda qulluq etmiş faşistlərlə davranışa da şamil olunurdu. Bu sənədin 17, 18, 19, və 20-ci maddələri hərbi əsirlərə fiziki və ya mənəvi işgəncə, yaxud başqa məcburetmə tədbirlərindən qoruyur.

Konvensiyaya əsasən, cavab verməkdən boyun qaçıran hərbi əsirlər təhdid edilməməli, təhqir olunmamalı və hər hansı təqib və ya məhdudiyyətlərə məruz qalmamalıdırlar. Hərbi əsirlərin dindirilməsi onların başa düşdüyü dildə aparılmalıdır.

Azərbaycan Ordusunun əsgərlərinin itkin düşdüyü faktdır, amma lap tutaq ki, Ermənistanın iddia etdiyi kimi onlar “diversant” olsalar belə, yenə də hərbi əsir statusundadırlar və onlara işgəncə verilməsi beynəlxalq konvensiya ilə qadağandır.

Bu ölkənin KİV-i hadisədən bir müddət əvvəl Zəngəzur Mis-Molibden Kombinatının gözətçisinin şəxsi zəmində öldürüldüyünə dair xəbər vermişdi. Ancaq məlum foto yayılandan sonra bu hadisəni azərbaycanlı əsgərin adına yazdılar. Ermənistan hakimiyyəti az qala ölkədə son günlərdə baş verən bütün açılmayan cinayətləri azərbaycanlı hərbçilərin törətdiyini iddia edir. Bu halda silahsız əsgər Hüseyn Axundova bütün Ermənistan hücum edib.

Azərbaycanın rəsmi dövlət qurumları onların hüquqlarının qorunması və geri qaytarılması ilə beynəlxalq təşkilatlara müraciət edib. Azərbaycan Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən saxlanılan əsgərə qarşı işgəncə və qeyri-insani rəftarı pisləməyə çağırıb.

Bu əsgərlər peşəkar hərbçi deyillər. Onlar müddətli hərbi xidmətə çağırılıblar və cəmi 19 yaşları var. Anası Şəlalə Axundova oğlu Hüseyn haqda bunları deyib: “Hüseyn 9 yaşından əsgər gedən günə qədər fəhləlik edib, daş daşıyıb, ailəsinə baxıb. Xəstəliyimə görə mən işləyə bilmirdim. Çox yaxşı oğuldur. Əsgərlikdən gəlməyinə 5 ay qalmışdı..."

Belə sakit və zəhmətsevər azərbaycanlı gənci Ermənistan hakimiyyəti və mətbuatı “qatil”, “diversant” kimi təqdim etməklə törətdikləri vəhşiliyə haqq qazandırmağa çalışırlar.

Bu yerdə istər-istəməz ermənilərin vəhşilikləri, Xocalı, Ağdaban və başqa soyqırımıları yada düşür.

Britaniyalı jurnalist və yazar, Karneqi Beynəlxalq Sülh Fondunda təhlilçi, Qafqaz, xüsusilə Qarabağ münaqişəsi üzrə mütəxəssis Tomas de Vaalın Xocalı soyqırımı haqqında nə düşünürsünüz sualına Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan belə cavab vermişdi: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizim ilə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”.

Silahsız dinc sakinlərə, xəstələrə, qocalara, uşaqlara, qadınlara atəş açıb öldürən, soyqırımı törədib insanlığa qarşı cinayət işlədən etnosun nümayəndələrindən hər cür vəhşilik gözləmək mümkündür. Silahsız əsgərə işgəncə vermək, sonra onu işlətmədiyi cinayətdə ittiham etmək ermənilərin milli tərbiyəsinin nəticəsidir. Bu, ermənilərə qarşı təbliğat deyil. Onlar silahsız, itkin düşmüş, 19 yaşlı gəncə işgəncə verib, onun fotosunu, videosunu yaymaqla antierməni təbliğatını özləri aparır. Bununla da Ermənistan hakimiyyəti, ictimaiyyəti mədəni, humanistlikdən uzaq olduqlarını təsdiqləyirlər. Puşkinin dediklərinə əlavələrin olunmasına da şərait yaradırlar: Ermənilər dinc sakinə, qadına, uşağa, qocaya, əsirə işgəncə verən, döyən, qətlə yetirən tərbiyəsizlərdir. Onların ölkə adlandırdıqları Ermənistan isə bu tərbiyəsizlərin toplaşdıqları məkan...

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR