Slimfit
  1. SİYASƏT

Azərbaycanlı ən yüksək səslə Rusiyada deputat seçildi

Azərbaycanlı ən yüksək səslə Rusiyada deputat seçildi
Sakura

Azərbaycanlı ən yüksək səslə Rusiyada deputat seçildi

Rusiyanın Saxa Respublikasında (Yakutiya) yaşayan soydaşımız Əliş Zabid oğlu Məmmədov sentyabrın 10-da keçirilən regional seçkilərində qalib gələrək, ardıcıl olaraq 4-cü dəfə Saxa Dövlət Məclisinin - İl Tümənin üzvü seçilib.

Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış şair-publisist Əkbər Qoşalı məlumat verib.

Məlumata görə, Məmmədov namizəd olduğu 25 saylı Xanqala Seçki Dairəsində 84,53% səs toplayıb. Bu da Saxa (Yakutiya) üzrə ən yüksək göstəricidir.

Qeyd edək ki, 1958-ci il fevralın 10-da Şəkinin Oraban kəndində anadan olan Əliş Məmmədov 1989-cu ildən "YakutSement"in baş direktorudur. Soydaşımız Saxa (Yakutiya) Respublikasının əməkdar inşaatçısı, respublikanın (habelə Xanqala rayonu və Moxsoqolloh qəsəbəsinin) fəxri vətəndaşıdır.

Dəfələrlə müxtəlif dövlət, hökumət təltiflərinə, o cümlədən Saxa Dövlət Mükafatına layiq görülüb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncəli kişilər məşhur Şah Abbas məscidi qarşısında. 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR