Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanlı dirijor Fransada festivalda iştirak edəcək

Azərbaycanlı dirijor Fransada festivalda iştirak edəcək
Sakura

Azərbaycanlı dirijor Fransada festivalda iştirak edəcək

Bakı Kamera Musiqi Orkestrinin və Almaniya Münxen Yeni Filarmoniyasının Simfonik Orkestrinin baş dirijoru Fuad İbrahimov Fransanın Nantes şəhərində keçirilən “La Folle Journée” (Dəli gün) klassik musiqi festivalında iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, beş gün davam edəcək festival çərçivəsində proqramlaşdırılmış 300 konsertdə təxminən 2 min musiqiçinin iştirakı nəzərdə tutulub.

Fevralın 2 və 3-də Fuad İbrahimovun rəhbərliyi ilə Mathilde Kalderini (fleyta) və İzabelle Moretti (arfa) Volfanq Amadey Mosartın fleyta, arfa üçün konsert və N0 31 Simfoniyası ifa ediləcək.

“La Folle Journée” festivalının builki konsepsiyası məşhur bəstəkarların səyahətdə olduqları müddətdə yazdıqları əsərləri əhatə etdiyi üçün “Səyahət gündəliyi” adlanır.

Qeyd edək ki, Fuad İbrahimov Parisdə "Radio France", "France musique", "L'orchestre philharmonique" və Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsində 2-ci yeri tutub.

Onun namizədlik dosyesi Heydər Əliyev Fondu tərəfindən müsabiqəyə təqdim olunmuşdur. O, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinə 350 namizəd arasından seçilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR