Slimfit
  1. MƏŞHURLAR

Azərbaycanlı cütlük Türkiyədə rezonans doğurub - Hamı mat qalıb

Azərbaycanlı cütlük Türkiyədə rezonans doğurub - Hamı mat qalıb
Sakura

Azərbaycanlı cütlük Türkiyədə rezonans doğurub - Hamı mat qalıb

Bütün dünyaya birlikdə səyahət edən Rizvan Əliyev və Röya Miriyeva yerli "Akustikhane" şousunda iştirak edəndən sonra Türkiyədə ən çox müzakirə olunan cütlüyə çevriliblər. Sputnik Azərbaycan-ın məlumatına görə, onlar Türkiyədə olarkən populyar şounun qonaqları olmaq təklifi alıblar. Veriliş zamanı Rizvan və Röya öz mahnıları ilə birlikdə bütün dünyaya səyahət etdiklərini, dünyanın müxtəlif ölkə və şəhərlərində Azərbaycanın məşhur "Bayatılar", "Bana Bana Gəl", "Sən Yadıma Düşəndə" və s. kompozisiyalarını oxuyaraq milli musiqimizin təbliğatı ilə məşğul olduqlarını danışıblar.

 

Tamaşaçılar onların çıxışından və ifalarından çox məmnun qalıblar. Odur ki, türk kanalının azərbaycanlı qonaqları yerli sosial şəbəkə istifadəçiləri arasında ciddi müzakirə obyektinə çevriliblər.

Xatırladaq ki, bu verilişin qonaqları arasında azərbaycanlı müğənni Dilarə Kazımova da olub.

 

Röya və Rizvanın birgə yaradıcılıq yolu 2010-cu ildən, onlar eyni ansamblın üzvü olarkən başlayıb. Gənc musiqiçilər artıq illərdir dünyanın müxtəlif ölkə və şəhərlərinə səyahət edərək özlərinin "Street cover" layihələri çərçivəsində Azərbaycan mahnılarını oxuyurlar.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR