Slimfit
  1. İDMAN

Azərbaycanlı cüdoçunun Böyük Dəbilqədəki ipponu birinci yerə layiq görülüb

Azərbaycanlı cüdoçunun Böyük Dəbilqədəki ipponu birinci yerə layiq görülüb
Sakura

Azərbaycanlı cüdoçunun Böyük Dəbilqədəki ipponu birinci yerə layiq görülüb

Beynəlxalq Cüdo Federasiyası Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilmiş Böyük Dəbilqə turnirində idmançıların həyata keçirdikləri ən yaxşı ipponları təqdim edib.

"Report" xəbər verir ki, "5-lik"də Azərbaycanın iki cüdoçusunun təmiz qələbəyə səbəb olan fəndi yer alıb. 73 kq çəki dərəcəsində mübarizə aparan Telman Vəliyevin bürünc medal uğrunda görüşdə rusiyalı Denis Yartsevə qarşı işlətdiyi fənd 4-cü yerə layiq görülüb.

Nicat Şıxəlizadənin (66 kq) yarımfinalda Monqolustan təmsilçisi Basxu Yondoperenleyə qarşı fəndi isə birinci olub.

Qeyd edək ki, Şıxəlizadə Böyük Dəbilqədə gümüş, Vəliyev isə bürünc medal qazanıb. Turnirdə Hidayət Heydərov (73 kq) qızıl, Məmmədəli Mehdiyev (90 kq) gümüş, Rüstəm Orucov (73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (78 kq) bürünc medala sahib olub. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR