Slimfit
  1. İDMAN

Azərbaycanlı boksçu dünya çempionatında ilk görüşünü erməniyə qarşı keçirəcək

Azərbaycanlı boksçu dünya çempionatında ilk görüşünü erməniyə qarşı keçirəcək
Sakura

Azərbaycanlı boksçu dünya çempionatında ilk görüşünü erməniyə qarşı keçirəcək

 

Bu gün Rusiyanın Yekaterinburq şəhərində boks üzrə dünya çempionatı start götürəcək.

Oxu.Az xəbər verir ki, 78 ölkədən 365 idmançının qatılacağı bu dünya çempionatında Azərbaycan millisinin səkkiz boksçusu da mübarizə aparacaq.

Millimizin heyətində dörd boksçumuz 1/32, digər dördü 1/16 finaldan yarışa qoşulacaq.

9 sentyabr
1/32 final

75 kq. Amin Kuşkov – Nursəhət Pazziyev (Türkmənistan)

11 sentyabr
1/32 final

57 kq. Tayfur Əliyev – Tiaqo Punyo (İsveçrə)

12 sentyabr
1/32 final

63 kq. Bəxtiyar Qazıbəyov – Zakir Safiullin (Qazaxıstan)

13 sentyabr
1/32 final

69 kq. Lorenso Sotomayor – Yason Malya (Avstriya)

14 sentyabr
1/16 final

52 kq. Məsud Yusifzadə – Səid Mortaci (Mərakeş)

15 sentyabr
1/16 final

81 kq. Dominqes Alfonso – Qazıməhəmməd Calidov (İspaniya)/Aleksandar Markoviç (Serbiya)
91 kq. İsmayıl Yaqubov – Marat Qriqoryan (Ukrayna)

16 sentyabr
1/16 final

+91 kq. Məhəmməd Abdullayev – Danabieke Bayıkevuzi (Çin)

Qeyd edək ki, dünya çempionatı yeni qaydalara əsasən səkkiz çəkidə təşkil olunacaq.

Yekaterinburqda "EXPO Arena"da baş tutacaq yarışda təsnifat mərhələsinin döyüşləri sentyabrın 9-17-də keçiriləcək.

Ayın 18-də boksçular 1/4 final mərhələsinin qarşılaşmalarına çıxacaqlar. Ertəsi gün istirahət edəcək idmançılar sentyabrın 20-də yarımfinal görüşlərini keçirəcək. Qaliblərin adına isə ayın 21-də aydınlıq gələcək.

Görüşlər Bakı vaxtı ilə saat 16:00-da başlayıb 19:00-da başa çatacaq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR