Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlı beşiktaşlılar ucqar kənddə 290 şagirdi belə təəccübləndirdi

Azərbaycanlı beşiktaşlılar ucqar kənddə 290 şagirdi belə təəccübləndirdi
Sakura

Azərbaycanlı beşiktaşlılar ucqar kənddə 290 şagirdi belə təəccübləndirdi

Azərbaycanlı Beşiktaş azarkeşlərinin qurduğu "Təbəssüm yarat" könüllü qrupu Astara rayonunun Şümrüd kəndinə yardım kampaniyası təşkil edib.

Publika.az xəbər verir ki, kampaniya çərçivəsində şəhər mərkəzindən uzaq məsafədə yaşayan 289 şagirdə məktəb ləvazimatları, çanta, ayaqqabı, qış geyimləri, oyun və idman alətləri hədiyyə edilib.

Ölkənin dörd bir tərəfindən gələn 17 min manat məbləğində ianə hesabına ucqar dağ kəndində təhsil almağa çalışan şagirdlərin tədris həyatına dəstək məqsədilə 20-yə yaxın könüllü səfərbər olub.

"Təbəssüm yarat" kampaniyasının məqsədi Beşiktaş fəlsəfəsi ilə böyüyən insanların öz vətəninə və vətəndaşlarına mərhəməti, paylaşmağı, təhsil almağın əhəmiyyətini aşılamaq, futbolun təkcə idmandan və 22 nəfərdən ibarət olmadığını göstərmək, minlərlə insanın gücünü birləşdirməklə yüzlərlə şagirdi təhsilə cəlb etmək və həvəsləndirməyin mümkünlüyünü isbatlamaqdır.

3 il ərzində Azərbaycanın 4 müxtəlif ucqar rayonunda (Daşkəsən, Ağdam, Ağcabədi, Astara) 5 məktəbdə təhsil alan şagirdləri sevindirən Beşiktaşlılar qısa müddət ərzində növbəti səfərlərinə yollanacaqlar. Kampaniyaya dəstək olmaq üçün "Təbəssüm yarat" komandasının sosial media hesablarına müraciət edə bilərsiniz.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nəriman Nərimanov 28 yaşında. Bakı, 1898-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR