Slimfit
  1. İDMAN

Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsində

Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsində
Sakura

Azərbaycanlı alpinistlər Savalan dağının ən yüksək zirvəsində

Bir qrup alpinist Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Savalan dağının ən yüksək zirvəsinə yürüş edib. İran İslam Respublikasının Ərdəbil şəhəri yaxınlığında, dəniz səviyyəsindən 4 min 811 metr yüksəklikdə yerləşən zirvəyə yürüş “Everest” idman klubunun təşəbbüsü ilə reallaşıb.

Klubdan AZƏRTAC-a bildirilib ki, avqustun 25-də Bakıdan start götürən yürüşə Cənubi Azərbaycandan olan dağçılar da qoşulub.

Savalan zirvəsinə yürüş avqustun 27-də uğurla başa çatıb. Zirvəyə çatan alpinistlər orada Azərbaycan bayrağını dalğalandırıblar.

Qeyd edək ki, alpinistlər Cümhuriyyətin 100 illiyi münasibətilə Böyük Qafqazın ən yüksək dağ zirvələrindən olan Şahdağ zirvəsinə də yürüş ediblər.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR