Azərbaycanlı alimlərin məqaləsi beynəlxalq jurnalda dərc olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun beynəlxalq hesablama struktur biologiyası laboratoriyasının elmi işçisi Rəfiqə Məsməliyeva və laboratoriyanın müdiri, professor Qərib Mürşüdovun həmmüəllif olduqları “Makromolekulyar B kəmiyyətlərinin analiz və validasiyası” məqaləsi Beynəlxalq Kristalloqrafiya Birliyinin nüfuzlu “Acta Crystallographica Section D” jurnalında dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalədə makromolekulyar quruluşların yoxlanılması üçün yeni metod təklif olunub.
Qeyd edək ki, Qərib Mürşüdov, eyni zamanda, Kembric şəhərində yerləşən Tibbi Tədqiqatlar Şurasının (MRC) Molekulyar Biologiya İnstitutunda Hesablama Struktur Biologiyası qrupunun rəhbəridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət