Slimfit
  1. ELM

Azərbaycanlı alimlərdən mükəmməl kəşf

Azərbaycanlı alimlərdən mükəmməl kəşf
Sakura

Azərbaycanlı alimlərdən mükəmməl kəşf

AMEA-nın Geologiya və Geofizika İnstitutunun (GGİ) alimləri respublikada yararsız torpaqların bərpası və inkişafı üçün yeni elmi üsul təklif ediblər.

Publika.az xəbər verir ki, alimlər dağ-mədən və neft sənayesi tullantılarının yenidən istifadə üsulunu kəşf ediblər. Alimlərin sözügedən elmi nəticəsi artıq patentləşdirilib.

Sözügedən ixtira üzərində institutun Geoekologiya şöbəsinin baş elmi işçisi, texnika elmləri doktoru, professor Mirəli Alosmanovun rəhbərlik etdiyi 11 alimdən ibarət qrup işləyib. Nəticədə şoranlaşmış torpaqların istifadə ediləcək vəziyyətə gətirilməsi üçün əlavə edilən çoxkomponentli materiallar neft quyularının qazılmasından alınan tükənməz ehtiyatı olan şlam və yerli Xızı gili əsasında alınıb. Həmçinin Gədəbəyin mədən suyu və azotla modifikasiya olunmuş turş məhlul əsasında çoxkomponenli qidaverici elementlərlə zəngin olan kompleks birləşməsinin alınması nəzərdə tutulub.

Yeni ixtira ilə bağlı GGİ-nin elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Dadaş Hüseynov bildirib ki, ölkəmizin kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulmuş 1.450.000 hektar torpaq sahəsinin təxminən 450 min hektarı şoranlaşmış və münbitliyini itirmiş torpaqlardır: "İxtiranın reallaşmasında həm yerli, həm də xarici investorların iştirakı qaçılmazdır. Çünki belə bir üsul ölkəmizdə ilk dəfədir tətbiq olunur. Bununla belə ondan ekoloji və iqtisadi baxımdan çox faydalı gözləntilərimiz var".

D.Hüseynov əlavə edib ki, yeni ixtiranın səmərə müddəti onun hansı əkin sahəsinə və birillik, eləcə də çoxillik bitkilərə tətbiq ediləcəyindən asılıdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR