Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanlı alimlər amerikalı həmkarlarının səhvini tapdılar

Azərbaycanlı alimlər amerikalı həmkarlarının səhvini tapdılar
Sakura

Azərbaycanlı alimlər amerikalı həmkarlarının səhvini tapdılar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun şöbə müdiri, akademik Hətəm Quliyevin və AMEA-nın müxbir üzvü Rəşid Cavanşirin həmmüəllifi olduğu Yerin İlkin Etalon Modeli (YİEM) haqqında məqalə Amerika Geofizika İttifaqının nüfuzlu nəşrlərindən olan "Earth and Space Science" jurnalında çap olunub.

"Yeni Sabahxəbər verir ki, AMEA-dan Lent.az -a verilən məlumata görə, məqalədə azərbaycanlı alimlər modelin geomexaniki cəhətdən düzgün olmadığını sübuta yetirib, qeyri-xətti geomexaniki təhlil metodu yaratmaqla, YİEM-in formalaşması zamanı yol verilmiş səhvləri müəyyən ediblər.

Görülmüş işlər fundamental əhəmiyyət daşımaqla yanaşı, həm də böyük innovativ xüsusiyyətə malikdir. Yeni metodun tətbiqi neft-qaz yataqlarının və regionun seysmik aktivliyinin öyrənilməsində yeni mərhələ rolunu oynayacaq.

 
Qeyd edək ki, Yerin İlkin Etalon Modeli 1981-ci ildə Amerika Geofizika İttifaqının prezidenti D.Anderson və məşhur professor A.Dzevonski tərəfindən beynəlxalq elmi ictimaiyyətə təqdim edilib. Alimlər sözügedən araşdırmalarına görə, 1989-cu ildə Yer elmləri sahəsində Nobel mükafatına bərabər sayılan Kraudof mükafatına layiq görülüblər. Model bugünə qədər çoxsaylı geoloji və geofiziki problemlərin həllində istifadə olunub.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR