Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanlı alimdən COVID-19-a qarşı görülən mübarizə tədbirləri ilə bağlı elmi təhlil

Azərbaycanlı alimdən COVID-19-a qarşı görülən mübarizə tədbirləri ilə bağlı elmi təhlil
Sakura

Azərbaycanlı alimdən COVID-19-a qarşı görülən mübarizə tədbirləri ilə bağlı elmi təhlil

"Bildiyimiz kimi, bu günə qədər fərqli ölkələrdə COVID-19-la mübarizənin birinci mərhələsində müxtəlif mübarizə tədbirləri həyata keçirilmişdi. Bu tədbirlərin çoxu eynilik təşkil etsə də, müxtəlif ölkələrdə fərqli zamanlarda icra olunmuşdu ki, bunun da özünə görə siyasi və iqtisadi səbəbləri var. Hazırda dünyada COVID-19-la mübarizənin ikinci mərhələsində bu tədbirlərin tədricən yumşaldılması izlənilir və həmin görülən izolyasiya və karantin tədbirlərinin virusa yoluxmanın qarşısını nə qədər aldığı insanlarda böyük sual doğurur".

Ens.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru Nuran Abdullayev deyib.

O bildirib ki, bu istiqamətdə son günlər elmi ədəbiyyata 41 fərqli ölkənin apardığı mübarizə tədbirlərini araşdıran bir elmi tədqiqat daxil olub:

"Bu tədqiqatın başlıca məqsədi modellər əsasında görülən tədbirlərin yoluxmaları nə qədər azaltdığını aşkarlamaqdan ibarətdir ki, bunların effektivliyi bəlli olsun. Elmi tədqiqat başlayarkən bura daxil olan ölkələrin sayı daha da çox olub. Sadəcə tədqiqatı aparan alimlər bu ölkələrin verdikləri statistikaları və ümumi vəziyyəti incələyiblər, şübhə doğuran məqam olduqda isə həmin ölkəni tədqiqata daxil etməyiblər. Beləliklə, sonda 34-ü Avropa ölkəsi olmaqla, ümumilikdə, 41 ölkə tədqiqata daxil edilib. Bu ölkələrin içərisində təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan yer almır, amma qonşu Gürcüstan nəzərə alınıb".

N.Abdullayevin sözlərinə görə, tədqiqat nəticəsində yoluxmaların sayını azaldan ən böyük effektin məktəblərin bağlanması ilə baş verdiyi məlum olub:

"Bu da yoluxmaların (R) tam yarısını - 50%-ni təşkil edir. Bundan başqa, yoluxmaların azalmasında alış-veriş mərkəzlərinin bağlanmasının rolu 34%, büro işlərinin bağlanması isə 26% təşkil edib. Maraqlı nəticələrdən biri də "evdə qal" kampaniyaları ilə bağlı olub ki, bu da cəmi 14% yoluxma azalmasına təsirini göstərib. Ona görə də bu məqamda unutmaq lazım deyil ki, insanlar evdə qalarkən virusa yoluxmalar ev şəraitindəki insanlar arasında artır. Tədqiqatın nəticələrinə baxarkən bir elm adamı kimi təəssüf etdiyim bir məqam Azərbaycanın yuxarıda sadaladığım işləri, xüsusən də məktəbləri bir çox Avropa ölkələrindən də tez bağlamasına baxmayaraq bu tədqiqatda iştirak etməməsidir. Bunun da gələcəkdə baş verməməsi üçün Azərbaycan elmi daha da fəal olmalıdır".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu şəkildə gördüyünüz adam 25 erməni əsgərinin qatili Ülfət Həsənovdur

Redaktor seçimi

SON XƏBƏRLƏR