Slimfit
  1. ELM

Azərbaycanlı alim Ümumdünya Səhiyyə Təşkilatının sertifikatına layiq görülüb

Azərbaycanlı alim Ümumdünya Səhiyyə Təşkilatının sertifikatına layiq görülüb
Sakura

Azərbaycanlı alim Ümumdünya Səhiyyə Təşkilatının sertifikatına layiq görülüb

Azərbaycan Dövlət iqtisad Universitetinin (UNEC) baş müəllimi Sevda Məmmədova Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sertifikatına layiq görülüb.

Ens.az xəbər verir ki, S.Məmmədova AZƏRTAC-a açıqlamasında bildirib ki, COVID-19-la əlaqədar olaraq səhiyyə sistemində islahatlar, xüsusi ilə də səhiyyənin maliyyələşməsi məsələləri dövlət, özəl, qeyri-hökumət təşkilatları, elm mərkəzləri və ali təhsil müəssisələri tərəfindən ciddi tədqiq olunur. Bu məqsədlə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) səhiyyənin maliyyələşməsi kursu üzrə sertifikatlı təlim proqramı keçirib. Proqram 6 moduldan ibarət olub: səhiyyə sferasının maliyyələşməsi haqqında ümumi anlayış, maliyyə vəsaitlərinin toplanması, akkumulyasiya, tibbi xidmətlərin satın alınması, dövlət təminat paketinin dizaynı, qısa icmal. Bu sertifikasiya proqramında S.Məmmədova iştirak edib, bütün modullardan yüksək qiymət alaraq ÜST-nin direktoratı tərəfindən sertifikata layiq görülüb.

Qeyd edək ki, iqtisad üzrə fəlsəfə doktoru S.Məmmədova Azərbaycanda ilk dəfə səhiyyənin maliyyələşməsi mövzusunda dissertasiya işinin müdafiəsinə görə alim adını qazanıb. Səhiyyənin maliyyələşməsi sahəsində 50-dən çox elmi əsəri, o cümlədən “Finansı”, “Finansı i kredit”, “Ekonomika i upravleniye”, “Belarus Dövlət İqtisad Universitetinin elmi əsərləri” və digər jurnallarda dərc olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR