Dərc edildi: Baxış sayı: 317
Azərbaycanlı 2 bacı İsveçdə millət vəkili seçildilər
Dünən İsveçdə baş tutan parlament seçkilərində Aylin Fazelian "Sosial-demokrat "partiyasından İsveç parlamentinə, bacısı Ayda Kərimli isə "Mərkəz" partiyasından əyalət millət vəkili seçiliblər.
Milli.Az xəbər verir ki, bu barədə məlumatı Milli.Az-a diaspor üzrə araşdırmaçı-jurnaslist Elnur Eltürk verib.
26 yaşlı siyasətçi Aylin 14 yaşından "Sosial-Demokrat Partiyası"nın fəalıdır. 22 yaşında əyalət parlamentinin üzvü seçilib. 4 il ərzində partiyanın Qadınlar Təşkilatının idarə heyətinin ən gənc üzvü olub. Partiyada qadınlar üzrə beynəlxalq təmsilçidir. Aylin Fazelian 11 bələdiyyə tərəfindən seçki vərəqəsində ikinci namizəd olub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət