Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər təsdiq edildi

Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər təsdiq edildi
Sakura

Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər təsdiq edildi

Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında Azərbaycanla Türkmənistan arasında bir sıra sənədlər müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, deputatlar iclasda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədovun Birgə Bəyanatının, “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Azərbaycan Respublikası və Türkmənistan ərazilərindən keçməklə həyata keçirilən beynəlxalq daşımalar iştirakçıları üçün viza rejiminin sadələşdirilməsi haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında nəqliyyat, tranzit və logistika məsələləri üzrə Azərbaycan-Türkmənistan Birgə Komissiyasının yaradılması haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında" Sazişin, "Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması haqqında" Sazişin, "Azərbaycan Respublikası və Türkmənistan arasında keçirilən mallar və nəqliyyat vasitələri haqqında ilkin məlumat mübadiləsinin təşkili barədə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə Türkmənistanın Dövlət Gömrük Xidməti arasında" Sazişin təsdiq edilməsi məsələsini müzakirəyə çıxarıblar.

Deputatlar qeyd olunan sənədlərin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynayacağını qeyd ediblər. Müzakirələrdən sonra sənədlər səsə qoyularaq təsdiq edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR