Dərc edildi: Baxış sayı: 188
Azərbaycanla Türkiyə hərbi əməkdaşlığı müzakirə etdi
Yanvarın 17-də Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Baş direktor Aqil Qurbanov ölkəmizdə işgüzar səfərdə olan Türkiyə Respublikası milli müdafiə nazirinin müavini Cəlal Sami Tüfəkçinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumata yayıb.
Məlumata görə, Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüş zamanı Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib.
Tərəflər hərbi-texniki sahədə maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət