Dərc edildi: Baxış sayı: 237
Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi bir milyard dollar artıb
2023-cü ilin ilk 6 ayı ərzində Azərbaycanla Türkiyə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə 34,8% və ya 1 011,4 milyon dollar artaraq 3 916 milyon dollar təşkil edib.
Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Qeyd edək ki, cari ilin ilk 6 ayı ərzində Azərbaycandan Türkiyəyə ixracın həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 49,5% və ya 917 min dollar artaraq 2 768,9 milyon dollara bərabər olub.
Hesabat dövründə Türkiyədən Azərbaycana idxalın həcmi 9% və ya 94,4 milyon dollar artaraq 1 147,1 milyon dollara yüksəlib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət