Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb
Sakura

Azərbaycanla Türkiyə arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolu imzalanıb

Bakıda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı Nazirliklərinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Bu barədə “Report”a Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata görə, hazırda kənd təsərrüfatının aparıcı sahələrinə dair dövlət proqramları üzərində iş getdiyini xatırladan nazir İnam KərimovAzərbaycanın Türkiyə ilə aqrar sahədə əməkdaşlıqda maraqlı olduğunu deyib. Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə aqrar sığorta sisteminin tətbiq ilə bağlı təcrübə mübadiləsi aparmaqda, toxumçuluq, fındıqçılıq və pambıqçılıq sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıdır.

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli isə qeyd edib ki, iki ölkə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini genişləndirmək üçün böyük potensial var, amma real ticarət dövriyyəsi mövcud potensiala görə çox aşağıdır. B.Pakdemirli özəl sektorun qarşılıqlı ticarətdə rolunu artırmaqla bu potensialdan tam istifadə etməyin mümkünlüyünü deyib. Sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumunda iştirak etmək üçün Türkiyədən 65 iş adamının gəldiyini xatırladan nazir  bu tədbirin əməkdaşlığın genişlənməsində mühüm rol oynayacağına əminliyini vurğulayıb. Türkiyənin toxumçuluq sahəsində böyük uğurlara imza atdığını deyən nazir əlavə edib ki, ölkəsi pambıqçılığın inkişafına önəm verir. 

“Hazırda Türkiyə özünü pambıq toxumu ilə tam təmin edir, toxumçuluq sahəsində imkanlarımızı pambıqçılığın inkişafında son dərəcə maraqlı olan Azərbaycanla bölüşə bilərik”, - deyə türkiyəli nazir bildirib.

İ.Kərimov iki ölkənin aqrar qurumlarının fındıqçılıq, texnologiyalar sahəsində də əməkdaşlıq edə biləcəyini, hər iki ölkənin aqrar sahədə ixtisaslaşmış təhsil müəssisələrinin mütəxəssis mübadiləsi apara biləcəyini deyib. Nazir əlavə edib ki, sabah Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Biznes Forumu aqrar sahədə əməkdalığı dəyərləndirmək baxımından mühüm rol oynayacaq.

Görüşün sonunda Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı Nazirlikləri arasında kənd təsərrüfatı sığortası üzrə əməkdaşlıq protokolunun imzalanma mərasimi keçirilib. Protokolu İ.Kərimov və B.Pakdemirli imzalayıblar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR