Slimfit
  1. AZƏRBAYCAN

"Azərbaycanla Türkiyə arasında 230-a qədər sənəd imzalanıb"

"Azərbaycanla Türkiyə arasında 230-a qədər sənəd imzalanıb"
Sakura

"Azərbaycanla Türkiyə arasında 230-a qədər sənəd imzalanıb"

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. 
Milli Məclisdən Azvision.az -a verilən məlumata görə, spiker qrupun rəhbəri Şamil Ayrımı salamlayaraq, onun bu vəzifədə ölkəmizə ilk rəsmi səfərini yüksək dəyərləndirib. 

Bildirib ki, qardaş ölkə olaraq dövlət başçılarımız arasında görüşlərin mütəmadi xarakter alması münasibətlərimizi dünya çapında tayı-bərabəri olmayan səviyyəyə qaldırıb. Hər iki ölkə rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etmələri artıq ənənəvi xarakter alıb. 

Sədr bir neçə gün əvvəl İstanbulda yaşayış binasının çökməsi ilə mülki şəxslərin həyatını itirməsindən və vertolyot qəzasında hərbçilərin şəhid olmasından kədərləndiyini, onların yaxınlarına Milli Məclis üzvləri adından başsağlığı verdiyini söyləyib. 

Görüşdə bildirilib ki, siyasi dialoqun yüksək səviyyədə olması iqtisadi münasibətlərimizə də öz müsbət təsirini göstərməkdədir. TAP, Bakı-Tbilisi-Qars dəmiryolu xətti kimi qlobal əhəmiyyətli layihələrin həyata keçirilməsi əməkdaşlığımızı daha da dərinləşdirir. Əgər 2017-ci ildə ticarət dövriyyəmiz 2,6 milyard ABŞ dolları təşkil etmişdirsə, ötən il bu rəqəm 3,4 milyardı keçib. Ölkələrimiz arasında bu günə kimi 230-a qədər sənəd imzalanıb, daha 30-a qədər sənəd üzərində iş aparılmaqdadır. Biz gələcəkdə iqtisadi sahədə qarşılıqlı yatırımların həcmini artırmaq niyyətindəyik. Azərbaycan Türkiyənin uğurlarına sevinir, qardaş ölkənin nailiyyətləri ilə qürur duyur. 
Səmimi qəbul üçün minnətdarlığını bildirən TBMM-nin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım Azərbaycanda olmaqdan və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Bildirib ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün çox yüksək səviyyədədir. Dövlət başçıları arasındakı səmimi münasibət həyatın digər sahələrinə də öz təsirini göstərməkdədir. 

Azərbaycanla dostluq qrupu TBMM-də ən böyük qruplardan biridir. Bu qrupa üzv olmaq üçün Türkiyə millət vəkillərindən 360 müraciət daxil olub. Türkiyəli deputatlar Cənubi Qafqazın bu bölgəsində baş verən prosesləri diqqətlə izləyir, Azərbaycanın uğurlarını öz uğurları, problemlərini öz problemləri kimi qəbul edirlər. 

Dağlıq Qarabağ münaqişəsi hər bir azərbaycanlı kimi, Türkiyə vətəndaşlarını da narahat edir. Qarşıdan Xocalı soyqırımının növbəti ildönümü gəlir. Bu mərasimlə əlaqədar Türkiyədə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılıb. Biz bu problemin tezliklə ədalətli həllinin tərəfdarlıyıq. Bu məsələdə qeyd-şərtsiz Azərbaycanın haqlı mövqeyini dəstəkləyirik. Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Əhliman Əmiraslanov və digər rəsmi şəxslər iştirak ediblər. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR