Dərc edildi: Baxış sayı: 452
Azərbaycanla Belarus arasında təyyarə reyslərinin artırılması müzakirə olunur
"Belarus Azərbaycanla müntəzəm təyyarə reyslərinin artırılması barədə danışıqlar aparır".
“Report” xəbər verir ki, bunu Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviç mətbuat konfransında deyib.
“Əslində, kiçik şirkət olan “BelAvia” maddi-texniki baza sarıdan “AZAL”dan geri qalır. Odur ki, beynəlxalq reyslər, məsələn, Minsk – Nyu-York reysini həyata keçirmək üçün Azərbaycana məxsus təyyarələri cəlb etmək istərdik”, – diplomat bilditrib.
O, bununla yanaşı, Bakıya hava reyslərində yük dövriyyəsini də artırmaq niyyətində olduqlarını söyləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət