Slimfit
  1. SİYASƏT

Azərbaycanın XİN başçısı: “Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir”

Azərbaycanın XİN başçısı: “Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir”
Sakura

Azərbaycanın XİN başçısı: “Ermənistan təkcə danışıqlardan imtina etmir, eyni zamanda yeni hərbi təxribatlar törədir”

“Görüşümüz zamanı Ermənistanla sülh müqaviləsinə dair danışıqların aparılmasına diqqət yetirdik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov aprelin 12-də Bakıda ATƏT-in fəaliyyətdə olan sədri, Şimali Makedoniyanın xarici işlər naziri Buyar Osmani ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ermənistanın destruktiv mövqeyi nəticəsində ötən ilin dekabr ayından etibarən Bakı və İrəvan arasında birbaşa təmaslar dayandırılıb: “Beynəlxalq vasitəçilər Ermənistanı danışıqlar masasına qaytarmağa çalışır. Bu istiqamətdə ardıcıl addımlar atılır. Biz Ermənistan tərəfinə danışıqlar masasına qayıtmaq üçün çağırış etmişik”.

C.Bayramov vurğulayıb ki, Ermənistanın qeyri-destruktiv yanaşması təkcə danışıqlar prosesinə təsir etmir: “Biz yeni hərbi təxribatların da şahidi oluruq. Belə təxribatlardan sonuncusu dünən baş verib”.

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR