Azərbaycanın xalq rəssamı vəfat etdi
Azərbaycan boyakarı, xalq rəssamı Altay Hacıyev 87 yaşında dünyasını dəyişib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat verib.
Xatırladaq ki, A. Hacıyev 1967-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Mətbuat Komitəsinin baş rəssamı vəzifəsində çalışıb. 1982-ci ildə Altay Hacıyev Əməkdar rəssam, 2002-ci ildə isə Xalq rəssamı fəxri adlarına layiq görülüb. 1995-ci ildə "Humay" mükafatı ilə təltif olunub. Altay Hacıyev 2003-cü ildən Prezident təqaüdçüsü olub.
Rəssamın bir neçə fərdi sərgisi təşkil keçirilib. Onun 1987-ci ildə qrafika əsərlərinin, 1991-ci ildə "Natəvan-Şuşa", 2001-ci ildə isə "Xalqımızın ulduzları" adlı tematik, eləcə də 2006-cı ildə 75 illik yubiley sərgiləri təşkil olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət