Slimfit
  1. GÜNDƏM

Azərbaycanın xalq artisti erməni ilə bir səhnədə ifa etməkdən imtina etdi

Azərbaycanın xalq artisti erməni ilə bir səhnədə ifa etməkdən imtina etdi
Sakura

Yusif Eyvazov erməni ilə bir səhnədə ifa etməkdən imtina etdi

Azərbaycan əsilli tenor Yusif Eyvazov erməni soprano ilə eyni səhnəni paylaşmaqdan imtina edib.

Oxu.Az bu barədə Forumopera.com saytına istinadən xəbər yayıb.

Bildirilir ki, Y.Eyvazov fevralın 7-də erməni sənətçi Ruzan Mantaşyanla Drezden Opera Ballında birlikdə səhnəyə çıxmalı idi.

Drezden Opera Ballı ilk dəfə 1925-ci ildə təşkil edilib. 1939-cu ildə – II Dünya Müharibəsinin başlamasına qədər səkkiz dəfə baş tutub. 2006-cı ildə Drezdenin qurulmasının 800 illik yubileyi münasibətilə ənənə davam etdirilib. Bu vaxtdan etibarən Ball hər il təşkil olunur.

Drezden Opera Balı təkcə Avropadan deyil, digər ölkələrdən də siyasi, sənət və iş adamlarının nümayəndələrini bir araya gətirir.

Qeyd edək ki, Yusif Eyvazov (tenor) Azərbaycanın Xalq artistidir. İfaçının repertuarına dramatik istedad və vokal bacarıqlarını göstərməyə imkan verən opera partiyaları daxildir. Onun adı “Dünyanın ən yaxşı tenorları” kitabına daxil edilib.

2017-ci ildə Yusif Eyvazov və həyat yoldaşı Anna Netrebko opera ulduzlarının “Half Way Around The World” konsert turunda iştirak edib. Tur çərçivəsində altı ölkənin səkkiz şəhərində konsertlər verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sovet-İran sərhədi, 31 dekabr 1989-cu il.

Redaktor seçimi

SON XƏBƏRLƏR