Azərbaycanın ucqar kəndində Stalinin heykəlini hələ də qoruyurlar
Bura Azərbaycandır. Qax rayonunun Əlibəyli kəndi.. Şəkildəki heykəl isə keçmiş SSRİ-nin qurucularından biri, sovet imperiyasının ən uzunmüddətli rəhbəri İosif Satalinə məxsusdur. SSRi-nin dağılmasından uzun müddət keçməsinə baxmayaraq, Əlibəyli kəndində vaxtilə “Xalqlar atası” adlandırılan İosif Stalinin heykəli hələ də qalmaqdadır.
Modern.az-ın məlumatına görə, Stalinin heykəlinin yeni fotoşəkillərini sabiq deputat Etibar Hüseynov sosial şəbəkədə paylaşıb.
“Bura Azərbaycandır. Qax rayonunun Əlibəyli kəndi… Gürcüstanla heç bir sərhədi olmayan, lakin gürcülərin kompakt yaşadığı Əlibəyli kəndindəki məktəbin qarşısında Stalinin abidəsi bu gün də qalmaqdadır. Dövrlər, rəhbərlər dəyişsə də, gürcülər ötən əsrin 40-cı illərində ucaldılmış bu heykəlin dağıdılmasına imkan verməyiblər. Qoruyub, saxlayıblar, gələcək nəsillərə çatdırıblar. Mən məktəbin qarşısında dərsdən gələn uşaqlardan “bu heykəl kmindir?”- deyə soruşdum. Demək olar ki, hamısı əvvəlcə çiynini çəkdi və çox sadə cavab verdilər: “O, bir gürcüdür””,-deyə E.Hüseynov palaşımı şərh edib.
Stalinin Qax rayonunun Əlibəyli kənd ndəki bu heykəli XX əsrin 40-ci illərində qoyulub və bu günədək qorunub saxlanılıb. Sakinlər İosif Stalinin anadan olmasının və vəfatının ildönümlərində abidəni ziyarət edirlər.
Uzun illər (1924—1953) SSRİ-nin rəhbərlərindən biri olmuş İosif Stalin 1879-cu ilin dekbarın 9-da Gürcüstanın Qori şəhərində anadan olub. 1922-ci ilin aprelində SSRİ Mərkəzi Komitəsinin baş katibi seçilib. 1953-cü ilə qədər bu vəzifədə işləyib. 1953-cü ilin martın 5-də Moskva şəhərində ölüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət