Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın üç şəhərində yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılır

Azərbaycanın üç şəhərində yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılır
Sakura

Azərbaycanın üç şəhərində yeni nəsil kassa aparatlarına keçidin ilk mərhələsi başa çatdırılır

Bakı, Gəncə və Sumqayıt şəhərlərində müvafiq fəaliyyət sahələri üzrə yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqinə keçidin birinci mərhələsinin başa çatdırılması planlaşdırılır. Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə hazırda elektron informasiya sisteminə real vaxt rejimində kassa əməliyyatları barədə məlumatları ötürməyə imkan verən yeni nəsil nəzarət kassa aparatlarının tətbiq olunması sahəsində işlər aparılır. 

Yeni kassa aparatları vasitəsi ilə alınan və emal edilən çek məlumatları, habelə e-kassada həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Nazirliyin informasiya sistemləri bazasına ötürülməsi təmin ediləcək.

Bu kassalar ticarət, ictimai iaşə və digər sahələrdə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə ediləcək. Köhnə nəsil kassa aparatları, yenilərlə müqayisədə bir çox üstünlüklərə malikdir. Əsas üstünlüklərə məlumatların onlayn ötürülməsi, kriptoqrafik prosedurlardan istifadə edilməsi, yeni çek formalarının tətbiq edilməsi və aparılan əməliyyatlar üzrə təhlil imkanlarının yaradılması daxildir.

Qeyd olunan kriptoqrafik prosedurlar kassa əməliyyatları zamanı formalaşdırılan çeklərin tamlığına və autentifikasiyasına nəzarət məqsədilə istifadə olunur. Yeni çek formalarının əsas üstünlüklərindən biri - üzərində qeyd edilən QR kodudur. Onun vasitəsilə istehlakçılar, həmin çekin Vergilər Nazirliyinin informasiya sistemləri bazasında olub-olmamasını yoxlamaq imkanını əldə edəcək. Vergi ödəyicisinə gündəlik dövriyyəsi, əməliyyatlarının həcmi barədə məlumatları şəxsi kabineti vasitəsilə məsafədən ala bilməsi üçün imkanların yaradılması da nəzərdə tutulur. Bununla yanaşı, vergi orqanı ödəyicilərin məlumatları ilə tanış olmaq imkanı əldə edəcək. Belə ki, məsafədən təhlil imkanları nəticəsində vergi ödəyicilərinin kassa intizamına əməl edib-etmədiyinə dair qənaətə gəlmək mümkün olacaq. Qeyd olunan üstünlüklər vergi yoxlamalarının ümumi sayının qismən azalmasına, sistemin şəffaflığının artırılmasına, kassa əməliyyatlarının uzaqdan idarə olunmasına, satış əməliyyatlarının sadələşməsinə və digər müsbət dəyişikliklərə yol açacaq.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR