Slimfit
  1. MƏDƏNİYYƏT

Azərbaycanın teatr kollektivi Oşda keçirilən festivalda iştirak edir

Azərbaycanın teatr kollektivi Oşda keçirilən festivalda iştirak edir
Sakura

Azərbaycanın teatr kollektivi Oşda keçirilən festivalda iştirak edir

Qırğız Respublikasının Oş şəhərində respublikanın Xalq artisti Jamal Seydakmatovanın 80 illik yubileyinə həsr olunmuş VII Beynəlxalq Teatr Festivalı başlayıb.

"Report" Qırğız KİV-inə istinadən xəbər verir ki, festivalın qonaqları - Azərbaycan, Türkiyə, Qazaxıstan, Tacikistan, Özbəkistan və Qırğız Respublikasından olan yaradıcı qruplar Sultan İbrahimov adına Oş Milli Dram Teatrının yaxınlığındakı qırmızı xalıdan keçiblər.

Açılış mərasiminin sonunda Muratbek Rıskulov adına Narin Vilayət Akademik Musiqi və Dram Teatrının aktyorları Çingiz Aytmatovun eyniadlı əsəri əsasında hazırlanmış "Cəmil" lirik dramını nümayiş etdiriblər.

Qeyd edək ki, qırğız, sovet teatr və kino aktrisası olan J.Seydakmatova Qırğızıstan SSR-nin Xalq artistidir (1976). O, Toktoqul Satılqanov adına Qırğızıstan SSR Dövlət Mükafatı laureatı olub (1986), eyni zamanda III dərəcəli (2003) və II dərəcəli (2019) "Manas" ordeninə layiq görülüb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncə 19-cu əsrdə. Nizami küçəsi 4-cü döngədəki evlərdən biri.

Redaktor seçimi

SON XƏBƏRLƏR