Azərbaycanın tanınmış idmançısı Karate1 Premyer Liqasında finala yüksəlib
Azərbaycanın tanınmış idmançısı Rafael Ağayev Almaniyanın paytaxtı Berlində keçirilən Karate1 Premyer Liqasında finala vəsiqə qazanıb.
Azərbaycan Karate Federasiyasından "Report"a verilən məlumata görə, 75 kq çəki dərəcəsində mübarizə aparan R.Ağayev Rodriqo İbanez (İspaniya), Alton Braun (Yamayka), Ken Nişimura (Yaponiya) və Noa Biçi (Almaniya) məğlub edərək finala yüksəlib.
Onun bazar günü finaldakı rəqibi yapon idmançısı Yusey Sakiyama olacaq.
Milli komandanın digər üzvü - 60 kq çəki dərəcəsində yarışan Firdovsi Fərzəliyev Qazaxıstan təmsilçisi Kisar Alpisbayla bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Dörd rəqibindən üçünə qalib gələn İlahə Qasımova (55 kq) sonda medalçılar sırasına düşə bilməyib.
Karate1 Premyer Liqasında ikinci yarış günündə Ayxan Mamayev, Turqut Həsənov, Pənah Abdullayev (hər üçü 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (hər üçü 84 kq-dan yuxarı), Roman Heydərov (kata), həmçinin Fəridə Abiyeva (61 kq) və İrina Zaretska (68 kq) mübarizəyə qatılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət