Dərc edildi: Baxış sayı: 543
Azərbaycanın taekvondo üzrə olimpiya çempionu Ukraynada döyüşəcək
Taekvondo üzrə Azərbaycan milli komandası Xarkov şəhərində beynəlxalq "Ukraina Open" turnirində iştirak edəcək.
"Report"un məlumatına görə, aprelin 12-də start götürəcək G1 kateqoriyalı turnirə 9 idmançı qatılacaq. Üç gün davam edəcək yarışa Bəhruz Quluzadə (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Ayxan Tağızadə (74 kq), Milad Beigi Harçeqani (80 kq), Ramin Əzizov (87 kq), olimpiya, dünya və Avropa çempionu Radik İsayev (+87 kq), Patimat Abakarova (53 kq), Fəridə Əzizova (67 kq) təmsil edəcək.
Komanda üzvləri Ukraynaya baş məşqçilər Reza Mehmandoust və Elnur Amanovun rəhbərliyi altında aprelin 11-də yollanacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət