Dərc edildi: Baxış sayı: 512
Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb
Ötən gün axşam saatlarından başlayaraq Azərbaycanın şimal bölgəsinin dağlıq yaşayış məntəqələrinə qar yağıb.
APA-nın Şimal bürosunun verdiyi məlumata görə, yağıntı ən çox Quba rayonu ərazisində qeydə alınıb. Qubanın Qrız və Xınalıq kəndlərinə, o cümlədən Böyük Qafqaz sıra dağlarının ətəklərində yerləşən yaşayış məntəqələrində yağıntı müşahidə olunub. Qrız kəndində qarın hündürlüyü 10 sm-ə, Xınalıqda isə 2 sm-ə çatıb. Temperatur isə mənfi 2 dərəcəyədək enib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət