Dərc edildi: Baxış sayı: 381
Azərbaycanın sabiq naziri televiziyada aparıcılığa başladı
Azərbaycanın sabiq maliyə naziri Fikrət Yusifov Real TV-də işə başlayıb.
A24.Az xəbər verir ki, “Real iqtisadiyyat” verilişi sabiq nazirin təqdimatında yayımlanır. Verilişin yayımına dünən saat 20:30-da başlanılıb.
Qeyd edək ki, Fikrət Yusifov 1992-ci ilin oktyabr ayında Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini vəzifəsində, daha sonra, 1994-cü ildən 1999-cu ilin iyul ayına kimi Azərbaycan respublikası maliyyə naziri vəzifəsində işləyib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət