Slimfit
  1. AZƏRBAYCAN

AZƏRBAYCANIN QUŞLAR ALƏMİ

AZƏRBAYCANIN QUŞLAR ALƏMİ
Sakura

AZƏRBAYCANIN QUŞLARI ALƏMİ

Azərbaycanda 363 quş növü qeydə alınsada, həqiqətdə onların sayı daha çoxdur. Belə ki, bu günədək mövcud bütün növlər hələlik müəyyən edilməmişdir. Buda ilk növbədə miqrasiya edən və ötüb keçən növlərə aiddir. Bundan başqa bir çox növlər ölkə ərazisinə gələrək öz areallarını genişləndirməkdə davam edir. Məsələn, kiçik və halqalı qur-qur quşu kimi.

Azərbaycanda qeydə alınan növlər 17 dəstə və 60 fəsiləyə mənsubdurlar. Bunların 40% -i oturaq növ olmaqla, Azərbaycanda il boyu müşahidə edilirlər, 27%-i qışlayan və 10 % -dən çoxu köç vaxtı qeydə alınan növlərdir.

Azərbaycan ornitofaünası çox zəngindir. Xüsusilədə su-bataqlıq quşlarının növ tərkibi və ekoloji qrupları daha zəngindir ( 144 növ). Azərbaycan ərazisindən bütün Avrasiyada ən böyük miqrasiya yollardan biri keçir. Şərqi Avropa və Qərbi Sibirdən jənuba və Şərqi Afrikaya, Jənubi - Qərbi Asiyaya və əksinə milyonlarla quş köç edir. Hər il Azərbaycan ərazisindən təqribən 20 milyon təkcə su-bataqlıq quşu keçir, istirahət və yemlənmək üçün dayanacaq kimi buradan istifadə edir.

Hələ 60 -cı illərdə qış mövsümündə 2 milyondan çox su-bataqlıq quşu, xüsusilədə ördək, qaşqaldaq və qaz ovlanmışdır. 36 növ quş Azərbayjan Qırmızı Kitabına daxil edilmişdir. Azərbayjan ornitofaunasından 23 növ Dünya Qırmızı Kitabına daxil edilmişdir (bax "Nadir və qiymətli quşlar"). Azərbayjanda quşlar üçün əsas təhlükə yaşayış yerlərinin azalması (meşələrin qırılması, su sahələrinin qurudulması, əkinlərin genişləndirilməsi, quşların qanunsuz ov edilməsi, adalardakı yuvalama düşərgələrindən yumurtaların yığılması, narahatçılıq amilləri (intensiv mal-qara otarılması, insanların yuvalama yerlərinə getməsi, istirahəti və s.), neft çıxarılması və daşınması (xüsusilədə dənizdə; bax "neft və quşlar), elektirik xətləri (bax "Quşlar və EX (Elektrik Xəttlər)") və başqalarıdır.

Quşların, ilk növbədə su-bataqlıq quşlarının qorunması üçün Qızılağac və Ağgöl qoruqları təşkil edilmişdirki, burada 500 mindən çox quş qışlayır. Bundan başqa Samux qoruq-ovçuluq təsərrüfatında, Gil və Şahdili yasaqlağında və digər yasaqlıqlarda quşlar qorunub mühafizə edilir. Sarısu (400-500 min qışlamada), Mahmudçala (40 min), Kürün deltasında (miqrasiyada 75 min), Abşeron-Qobustan sahillərində (Pirallahi-Pirsaat kəsiyində - 200 min ) və digər sahələrdə daha çoxdur. Azərbaycanda ekoturizm kimi istiqamətin, xüsusilədə bedvodçinqin (quşların müşahidəsi) inkişaf etdirilməsi üçün əlverişli imkanlar var. Quşları burada il boyu, həm qışlamada, həm köç, həmdə yuvalama zamanı müşahidə etmək mümkündür. Burada vağların, ibislərin, qarabattaqların qamışlıqda, qağayı və sternaların adalarda, hətta istifadəsiz neft özüllərində çoxsaylı koloniyalarını müşahidə etmək olur. Qışda bəzgəglərin nəhəng sürüləri, qartallar, kərkəslər yemlənmək üçün düzənlərə gəlir. Xəzər sahillərində və daxili su hövzələrində su quşlarının nəhəng sürüləri toplaşır.

Quşlar Azərbaycanın sərvətidir, onları qorumaq və dahada artırmaq üçün bütün mümkün imkanlardan istifadə etmək lazımdır.

Mənbə: Aos.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan Milli İncəsənət Muzeyinin açılışı. Bakı, 6 may 1937-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR