Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın qiymətli kağızlar bazarında yeni hesablaşma modelinin tətbiqinə başlanılıb

Azərbaycanın qiymətli kağızlar bazarında yeni hesablaşma modelinin tətbiqinə başlanılıb
Sakura

Azərbaycanın qiymətli kağızlar bazarında yeni hesablaşma modelinin tətbiqinə başlanılıb

Bu gündən Azərbaycanın qiymətli kağızlar bazarında “Qiymətli kağızlarla klirinq və hesablaşmalar üzrə agent modeli”nin tətbiqinə başlanılıb.

Report” Milli Depozit Mərkəzinə (MDM) istinadən xəbər verir ki, yeniliyin məqsədi klirinq və hesablaşmaların beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, bazarda likvidliyin daha səmərəli tənzimlənməsi və bütövlükdə kapital bazarının daha da inkişaf etdirilməsidir.

Yeni modelə əsasən qiymətli kağızlar bazarında pul hesablaşmalarını banklar həyata keçirməyə başlayır, qiymətli kağızlar üzrə hesablaşmaları isə yenə də MDM aparır. Beləliklə, mütərəqqi təcrübə əsasında hazırlanmış hesablaşma agenti modeli aktivlərin əvvəlcədən bloklaşdırılması zərurətinin aradan qaldırılması, qarantiya mexanizmlərinin təkmilləşdirilməsi, pul hesablaşmaları üzrə real ödənişə qarşı çatdırılma (DVP) mexanizminin tətbiqi kimi üstünlüklərə malik olaraq bankların kapital bazarına cəlb edilməsinə, investisiya şirkətləri üçün yeni maliyyə imkanlarının yaradılmasına xidmət edir.

Bunlarla yanaşı, hesablaşma rejimlərinin optimallaşdırılması məqsədilə yeni hesablaşma modelinin tətbiqi səhmlər və dövlət istiqrazları ilə yanaşı, korporativ istiqrazların da təkrar bazar əqdləri üzrə hesablaşmaların “T+0” rejimindən “T+1” rejiminə keçidini mümkün edir. Bu da öz növbəsində xarici investorların yerli bazara cəlb edilməsi, onların bazarda iştirakının təşviq edilməsi, eləcə də yerli investorların investisiya imkanlarının genişləndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Modelin tətbiq edilməsinə dair “Qiymətli kağızlar və törəmə maliyyə alətləri üzrə klirinq və hesablaşmaların aparılmasına dair Kollektiv Saziş” bu il mayın 27-də MDM, Azərbaycan Mərkəzi Bankı, “Azər Türk Bank”, “PAŞA Bank” və “Xalq Bank” ASC-lər, “Yapı Kredi Bank Azərbaycan” QSC və ölkədə fəaliyyət göstərən 8 investisiya şirkəti arasında imzalanıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR