Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın polislərdən ibarət futbol komandası İtaliyanı məğlub edib

Azərbaycanın polislərdən ibarət futbol komandası İtaliyanı məğlub edib
Sakura

Azərbaycanın polislərdən ibarət futbol komandası İtaliyanı məğlub edib

İstanbulda Türkiyə Polis Təşkilatının 174-cü il dönümü ilə əlaqədar polislər arasında futbol üzrə beynəlxalq turnirə start verilib. 

Report”un məlumatına görə, A qrupunda yer alan Azərbaycan komandası ilk turda İtaliyanı 1:0 hesabı ilə məğlub edib. Qrupun digər oyununda Türkiyə Qətərə uduzub – 2:3.

Azərbaycan polisləri bu gün meydan sahibləri ilə qarşılaşacaqlar. Türkiyə Futbol Federasiyasının Rivadakı Hasan Doğan adına Milli Komandaların Təlim-Məşq Bazasında baş tutacaq görüş Bakı vaxtı ilə saat 13:00-da start götürəcək.

Qrupdakı son matçı isə aprelin 4-də Qətərə qarşı olacaq. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.

Qeyd edək ki, B qrupunda İspaniya, Bosniya və Herseqovina, Rusiya, Şimali Kipr Türk Respublikası yer alıb. Qrupda ilk iki yeri tutacaq komandalar yarımfinala vəsiqə qazanacaqlar. Yarışın yarımfinal görüşləri aprelin 5-də, həlledici qarşılaşma isə ayın 6-da olacaq.

Final görüşü Türkiyə Super Liqasında XXVII turun “Qalatasaray” – “Yeni Malatyaspor” maçından öncə “Türk Telekom” stadionunda gerçəkləşəcək. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Winston Churchill, " Lawrence" və Əmir Abdullah Qüds. Gizli konfrans və 104 illik xaos

Redaktor seçimi

SON XƏBƏRLƏR