Dərc edildi: Baxış sayı: 467
Azərbaycanın peyk xidmətləri üzrə gəlirləri - Son rəqəmlər
2019-cu ilin yanvar-aprel aylarında "Azərkosmos" ASC-nin peyk və telekommunikasiya xidmətlərinin ixracından gəlir 13,7 milyon dollar təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47,3 faiz çox olub.
Axar.az xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin hesabatında yer alıb.
Bu ilin aprel ayında peyk xidmətlərinin ixracından 6 milyon dollar gəlir əldə edilib. Bu, şirkətin əldə etdiyi ümumi gəlirin 89 faizini təşkil edib.
"Azərkosmos" tərəfindən 17 ölkəyə, o cümlədən ABŞ, Malayziya, Fransa, Böyük Britaniya, BƏƏ və digər ölkələrə xidmətlər göstərilib.
Ens.az
Qeydiyyat tarixi:
Ens.az - 4 dildə xəbərlər və ensiklopediya saytı
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət