Slimfit
  1. MEDİA

Azərbaycanın Pakistandakı səfiri qardaş ölkənin İnsan Təhlükəsizliyi İnstitutunun baş direktoru ilə görüşüb

Azərbaycanın Pakistandakı səfiri qardaş ölkənin İnsan Təhlükəsizliyi İnstitutunun baş direktoru ilə görüşüb
Sakura

Azərbaycanın Pakistandakı səfiri qardaş ölkənin İnsan Təhlükəsizliyi İnstitutunun baş direktoru ilə görüşüb

Azərbaycan və Pakistan dövlətləri arasındakı dostluq və qardaşlıq əlaqələri hər gün inkişaf edir və özünü ictimai-siyasi həyatda daha yaddaqalan edir. Pakistanın İnsan Təhlükəsizliyi İnstitutunun (THSI) baş direktoru cənab Rafiq Əhməd Qureyşinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın Pakistandakı səfiri cənab Əli Əlizadə ilə səmimi görüşü də bu qəbildəndir. 

ENS.AZ-ın məlumatına görə, cümə günü Azərbaycanın Pakistandakı səfirliyində baş tutan görüşdə İnsan Təhlükəsizliyi İnstitutunun təmsilçiləri səfirimizi Dağlıq Qarabağ ərazilərindəki son qələbə münasibətilə təbrik edib. İki ölkə arasında artan ikitərəfli münasibətləri yüksək qiymətləndirərək hər iki qardaş ölkənin dövlətlərarası ikitərəfli əməkdaşlığı və əlaqələrinin daha da möhkəmlənməsi üçün xalqların və qeyri-hökumət təşkilatlarının da əməkdaşlığının vacibliyi vurğulanıb. 

Xüsusi məruzə ilə çıxış edən Şiraz Şaiq (THSI-nin Xüsusi Köməkçisi) də hər iki ölkənin QHT-ləri arasında potensial əməkdaşlıq sahələrini və qarşılıqlı əlaqələrin və məlumat mübadiləsinin müvafiq hökumətlərə necə fayda verə biləcəyindən danışıb. Tərəflər müəyyən əməkdaşlıq sahələrindən - Qida təhlükəsizliyi və Sağlamlıq, Ətraf Mühitin Təhlükəsizliyi və Ənənəvi İnsan Təhlükəsizliyi arasındakı əlaqələri müzakirə ediblər. 

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə isə öz növbəsində nümayəndə heyətini salamlayıb və ziyarətə görə onlara təşəkkürünü bildirib. Səfir insan təhlükəsizliyi mövzusunda çalışqan bir təşkilat olan quruma (THSI) gələcək işlərində yeni müvəffəqiyyətlər diləyib, cənab Qureyşiyə ən xoş arzularını bildirib. Azərbaycanlı diplomat Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəklədiyini də bildirib. İki qardaş ölkə arasında artan ikitərəfli əməkdaşlığa sevindiyini dilə gətirib.

Görüş hər iki tərəfin gələcəkdə davamlı informasiya mübadiləsi və sıx əməkdaşlıq üçün razılaşması ilə yekunlaşıb.

Səfir qonağın simvolik hədiyyəsini qəbul edib və xatirə şəkli çəkdiriblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şuşa, Qarabağı Könüllü Müdafiə Batalyonu - 1992-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR