Dərc edildi: Baxış sayı: 482
Azərbaycanın olimpiya çempionu 5 min dollar qazana bilər
Azərbaycan millisinin 3 sərbəst güləşçisi dekabrın 7-də Rusiyanın Vladiqafqaz şəhərində start götürəcək “Alans” turnirində iştirak edəcək.
“Report” xəbər verir ki, yığma böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında 3 gün davam edəcək yarış olimpiya və dünya çempionu Şərif Şərifov, Məhəmmədhacı Xatiyev (hər ikisi 92 kq) və Aslanbek Alborov (97 kq) qatılacaq.
Qeyd edək ki, çempionlar 5 min, finalçılar 2 min, bürünc medalın sahibləri isə min dollar pul mükafatı alacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət