Azərbaycanın Milli Qəhrəmanının anası dünyasını dəyişdi
Azərbaycanın Milli Qəhrəmanının anası dünyasını dəyişdi
Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmovun (Fred Asif) anası Məhluqə Məhərrəmova vəfat edib.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Bildirilib ki, o, bu gün gecə saatlarında 89 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Fred Asif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edib. Asif 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin edilib. 10 mart 1992-ci il Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşməndən azad edilib. Həmin ilin mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyub.
O, 1994-cü ildə vərəmdən vəfat edib. Bakıda İkinci Şəhidlər xiyabanında dəfn edilib. Asif Məhərrəmova “Fred” ləqəbini 1970-ci illərdə onun yoldaşları Ağdamın “Dostluq” kinoteatrında nümayiş olunan Danimarkanın “Birinci vur, Fred” filminin əsas qəhrəmanının şərəfinə görə veriblər.
7 dekabr 1992-ci il ildə Məhərrəmov Asif Yusif oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilsə də, o, bu addan imtina edib. Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra ümummilli lider Heydər Əliyev onun qəhrəman adını yenidən bərpa edib və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət