Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub
Sakura

Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anası ziyarət olunub

Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi uğrunda “dəmir yumruq” əməliyyatına başladı. Silahlı Qüvvələrimizin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək Ermənistan ordusuna sarsıdıcı zərbələr endirdi. Ermənistanın işğal altındakı torpaqlarımızda illər ərzində qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemləri darmadağın edildi. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi ilə düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu, dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan idi.

Ens.az AZƏRTAC-a istinadən xəbər verir ki,müharibənin ilk günlərindən Azərbaycan Ordusu bütün dünyaya əsl qəhrəmanlığın, Vətən uğrunda necə mübarizə aparmağın nümunələrini göstərdi. Vətən müharibəsində möhtəşəm qələbəyə həsr olunan Zəfər paradı ərəfəsində unudulmaz şəhid oğullarımızın xatirəsi hörmətlə yad edilir, onların ailələrinə baş çəkilir, qazilərimiz ziyarət olunur. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dekabrın 9-da imzaladığı sərəncamlarla Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Vətən Müharibəsi Qəhrəmanı”, “Zəfər” və “Qarabağ” ordenləri, üç hərbçimizin isə “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adları ilə təltif olunması Vətənimizin qəhrəman övladlarının fədakarlığının və rəşadətinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülən qəhrəman Vətən övladlarından biri də Tovuz döyüşlərinin qəhrəmanı, şəhid general-mayor Polad Həşimovdur.

Şəhid generalımız Polad Həşimovun “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülməsi ilə əlaqədar igid hərbçimizin dostu, Əməkdar incəsənət xadimi, Prezidentin fəxri təqaüdçüsü, Vətən müharibəsinin iştirakçısı Abdulla Qurbani Sumqayıt şəhərinə gedərək şəhid general-mayorun anası Səmayə xanım ilə görüşüb. Söhbət zamanı qeyd olunub ki, Vətən müharibəsinə gedən yol məhz Polad Həşimov kimi oğulların şəhidliyindən keçirdi. Qəhrəman döyüşçülərimiz kəndləri, şəhərləri, qəsəbələri bir-birinin ardınca azad etdikcə, düşmənləri məhv etdikcə, şəhidlərimizin intiqamını qat-qat artıqlaması ilə aldıqca qələbəyə daha da yaxınlaşırdılar.

Hətta döyüşçülər idarə etdikləri tank və digər zirehli texnikanın üzərinə Həzi Aslanov, Mübariz İbrahimov, Albert Aqarunov adları ilə yanaşı, general Polad Həşimovun da adını yazırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi, respublikamızın ərazi bütövlüyünün təmin olunması qəhrəmanlıq simvoluna çevrilmiş general Polad Həşimovun arzusu idi.

Şəhid generalın anası oğlunun xatirəsinə göstərilən ehtirama görə ölkə rəhbərliyinə, qədirbilən xalqımıza minnətdarlığını bildirib.

Polkovnik Abdulla Qurbani üzərində Ali Baş Komandan İlham Əliyevin Polad Həşimovla birlikdə portreti olan və digər fotoxalçaları şəhidin anasına hədiyyə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Min bir gecə" baletinin (şəkildə) musiqisi Fikrət Əmirov, librettosu isə "Min bir gecə" nağılları əsasında Maqsud və Rüstəm İbrahimbəyovlar tərəfindən yazılmışdır.

Redaktor seçimi

SON XƏBƏRLƏR