Azərbaycanın maraqları nəzərə alınmalıdır - Türkiyə
Regionda sabitlik və təhlükəsizlikdə bilavəsitə maraqlı olan ölkə kimi, həmçinin təşəbbüslərdə aktiv iştirak edən Türkiyə Ermənistanın BMT Təhlükəsizlik Şurası kimi beynəlxalq meydandan Laçın dəhlizi mövzusu daxil olmaqla siyasi motivli ittihamları bəyan etmək üçün istifadə cəhdlərindən narahatdır.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin BMT-dəki daimi nümayəndəsi Sədat Önal qurumun Təhlükəsizlik Şurasının Qarabağdakı humanitar vəziyyətlə bağlı iclasında deyib.
“Problemi kontekstə uyğun həll etməliyik. İlk növbədə, Azərbaycanın qanuni maraqlarını nəzərə almaq lazımdır. Həmçinin Azərbaycanın suverenlik hüququna hörmət etmək lazımdır. Azərbaycan artıq Laçın dəhlizi, Laçın yolunun sui-istifadəsindən, o cümlədən qanunsuz silahlı birləşmələrin, silah-sursatın, piyadaəleyhinə minaların daşınmasından narahatlığını bildirib. Lakin Azərbaycanın bu narahatlıqlar nəzərə alınmayıb”, - o diqqətə çatdırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət