Slimfit
  1. AZƏRBAYCAN

"Azərbaycanın Kürdəmir rayonunda da turizmi inkişaf etdirmək olar"

"Azərbaycanın Kürdəmir rayonunda da turizmi inkişaf etdirmək olar"
Sakura

"Azərbaycanın Kürdəmir rayonunda da turizmi inkişaf etdirmək olar. Bunun üçün birinci növbədə iş adamlarının…

Bu fikirləri "Ölkə.Az"a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirib. 

N.Bağırov deyib ki, hələlik yerli iş adamları Kürdəmirdə turizm infrastrukturunun qurulmasına maraq göstərmir:

"Yerli iş adamları Kürdəmir kimi təbiəti olar ərazilərə maraq göstərmirlər. Düşünürəm ki, bu istiqamətdə maarifləndirici tədbirlər həyata keçirilməlidir. Misal üçün, dövlət tərəfindən Kürdəmirdə turizmin inkişafı üçün proqramlar həyata keçirilməlidir. Misal üçün, Kürdəmirdə turizm obyekti qurmaq istəyən sahibkarları vergidən azad etmək ola bilər. Vaxtilə bu cür addımları qonşu Gürcüstan və Türkiyə dövlətləri ataraq, ölkədə turizmi inkişaf etdirə biliblər. Dövlət bütün kommunikasiya xəttlərini çəkir və sahibkara yalnız gəlib o yerlərdə otel tikmək və sairə qalır. Düşünürəm ki, bunu Kürdəmir rayonunda da etmək olar".

Assosiasiyası sədri sahibkarlara da çağırış edib:

"İlk növbədə sahibkar tərəfindən belə bir təşəbbüs irəli sürülsə, əminəm ki, dövlət də onlara yaxından dəstək verəcək. Digər tərəfdən isə turizm şirkətləri Kürdəmirə də tur-paketlər təşkil edə bilər. Ancaq indi turizm şirkətləri Kürdəmirə turist göndərsə, onlar məmnun olmazlar. Çünki Kürdəmir səhralıqdır, biz heç orada yaxşı şəraitli otel görməmişik. Bu günki gündə ora turist göndərməyin heç bir mənası yoxdur. Əgər Kürdəmirdə də yaxşı şərait yaradılsa, ora da turist axını olar". 

N.Bağırov qeyd edib ki, Kürdəmirin təbiəti ovçuluq turizmi üçün əlverişlidir:

"Bu gün ovçuluq turizmi üçün imkanlar da çox genişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə çox şəffaf şərait yaradıb. Turistlər çox cüzi vəsait, təqribən 36 manat ödəniş etməklə ov edə bilərlər".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR