Slimfit
  1. AZƏRBAYCAN

Azərbaycanın kadrlara ehtiyacı var – Millət vəkili

Azərbaycanın kadrlara ehtiyacı var – Millət vəkili
Sakura

Azərbaycanın kadrlara ehtiyacı var – Millət vəkili

Təhsil Nazirliyinin rus dilinin daha dərindən öyrənilməsi barədə qərarını təqdir edirəm. Lakin hesab edirəm ki, ingilis dilinin öyrənilməsi ilə bağlı xüsusi proqramın qəbul edilməsinə ehtiyac var.

Axar.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı millət vəkili Qüdrət Həsənquliyev deyib.

Millət vəkili dövlət hesabına bu cür təhsil müəssisələrinin yaradılmasını təklif edib:

“Azərbaycanda ingilis dilli özəl təhsil müəssisələri var, amma çox bahadır. Dövlət ingilis dilli məktəblərin açılmasına dəstək olmalıdır. Bu yaxınlarda mətbuatda oxudum ki, Rusiya daha 3 universitetinin Azərbaycan filialını açacaq. Bu qərarı alqışlayıram, ən azından Rusiya təhsili Azərbaycan təhsili yüksəkdir. Biz dünyanın 300-lüyünə daxil olan universitetlərin açılmasına səy göstərməliyik”.

Millət vəkili xaricdə təhsil alan gənclərin dövlət müəssisələrində işə qəbulunda müəyyən güzəştlərin edilməsindən danışıb:

“Çoxlu saylı azərbaycanlı gənc xaricdə təhsil alır, geri qayıdır, lakin ölkədə əmək haqqı az olduğuna görə burada qalmır. Milli Məclis rəhbərliyi tərəfindən bir məsələ qaldırılsın ki, nazirliklər, dövlət qurumları xaricdə təhsil alıb gələnlər üçün daha yüksək maaş müəyyən etməsinə imkan verilsin. Bu isə xaricdə təhsil alanlar üçün uyğun olmur. Azərbaycanda həmin tələbələrin qeydiyyatı aparılmalıdır. Millət vəkili həmkarlarımın bir çoxunun övladı xaricdə təhsil alıb, Azərbaycanın belə yüksək səviyyəli kadrlara ehtiyacı var”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Türkiyədə şəhid düşən əsgərin bacısı dəfn mərasiminə qardaşının formasınında.... Gözlər hər şeyi deyir...

Redaktor seçimi

SON XƏBƏRLƏR