Slimfit
  1. MEDİA

“Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” adlı yeni monoqrafiya işıq üzü görüb

“Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” adlı yeni monoqrafiya işıq üzü görüb
Sakura

“Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” adlı yeni monoqrafiya işıq üzü görüb

“Elm” nəşriyyatında AMEA Mərkəzi Nəbatat Bağının direktoru, biologiya elmləri doktoru Vahid Fərzəliyevin “Azərbaycanın iynəyarpaqlı bitkilərinin növ müxtəlifliyi və bioekoloji xüsusiyyətləri” adlı yeni monoqrafiyası işıq üzü görüb.

5 fəsildən ibarət olan monoqrafiyada çoxillik tədqiqatlar nəticəsində Azərbaycanın müxtəlif bölgələrində yayılmış və Abşerona introduksiya edilmiş iynəyarpaqlıların taksonomik tərkibi, geobotaniki xüsusiyyətləri, təbii bərpa prosesi müəyyənləşdirilmiş, yaşıllaşdırılma məqsədilə rayonlaşdırılması aparılmış, onların fenoloji, fitopotoloji, reproduktivlik, böyümə və inkişaf xüsusiyyətləri öyrənilmişdir. Abşeron yarımadasına introduksiya olunmuş şam və sərv növlərinin hərfi-rəqəmsal politomik təyinat açarı tərtib edilmişdir. Qafqazda və qonşu regionlarda yayılmış bəzi iynəyarpaqlı bitki növlərinin taksonomik statusunun təyini ilə bağlı ilkin nəticələr əldə olunmuşdur. Monoqrafiyanın rəyçiləri biologiya elmləri doktoru, akademik V.M.Əlizadə və biologiya üzrə fəlsəfə doktoru, dosent N.Ş.Mustafayevdir.

Yeni nəşr botaniklər, ekoloqlar, təbiəti mühafizə təşkilatlarının işçiləri, biologiya, ekologiya və kənd təsərrüfatı üzrə müəllim və tələbələr üçün nəzərdə tutulmuşdur.

 

AMEA Mərkəzi Nəbatat Bağı 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR