Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın İstanbula təyin olunmuş yeni baş konsulu telejurnalist olub

Azərbaycanın İstanbula təyin olunmuş yeni baş konsulu telejurnalist olub
Sakura

Azərbaycanın İstanbula təyin olunmuş yeni baş konsulu telejurnalist olub

Prezident İlham Əliyev iyulun 28-də Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən Nərminə Elsevər qızı Mustafayeva Türkiyə Respublikasının İstanbul şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilib.

Ens.az xəbər verir ki, Modern.az saytı yeni baş konsulun bu təyinata qədər harda çalışdığını araşdırarkən maraqlı məlumat əldə edib.

Məlum olub ki, Nərminə Mustafayeva daha əvvəllər jurnalist kimi fəaliyyət göstərib. Belə ki, o, vaxtilə - 90-cı illərin sonu-2000-ci illərin əvvələrində ANS televiziyasında müxbir kimi çalışıb, "Xəbərçi" proqramının aparıcısı olub. Həmin vaxtlar Nərminə Rüstəmova ad-soyadı ilə tanının telejurnalist daha sonralar Prezident Adminsitrasiyasının Protokol xidmətində işləyib. Nərminə xanım ailə qurandan sonra Mustafayeva soyadını götürüb.

Qeyd edək ki, 2016-2020-cı illərdə Azərbaycan Respublikasının İstanbulda baş konsulu  olmuş Məsim Hacıyevin diplomatik xidmət müddəti başa çatıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR