Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın iri şirkəti Aşqabadda ofis açmağı planlaşdırır

Azərbaycanın iri şirkəti Aşqabadda ofis açmağı planlaşdırır
Sakura

Azərbaycanın iri şirkəti Aşqabadda ofis açmağı planlaşdırır

SOCAR Türkmənistanda ofis açmağı planlaşdırır.

Ens.az Marja.az-a istinadən xəbər verir ki,  bunu şirkətin prezidenti Rövşən Nəcəf bu gün “Türkmənistanın nefti və qazı – 2023” beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Artıq uzun illərdir ki, SOCAR Türkmənistan şirkətləri, xüsusilə də əsas tərəfdaşlarımız olan “Türkmənqaz” və “Türkmənneft”lə qarşılıqlı faydalı işgüzar münasibətlər saxlayır və inkişaf etdirir. Türkmənistanlı həmkarlarımızın dəstəyi və konstruktiv yanaşması sayəsində biz mühüm layihələr həyata keçirməyə, eləcə də birgə fəaliyyətlə bağlı gələcək addımları müəyyənləşdirməyə nail olmuşuq”, - deyə Nəcəf bildirib.

O, həmçinin qeyd edib ki, Aşqabadda SOCAR-ın ofisinin açılması şirkətə mövcud layihələrin müsbət inkişafına və türkmənistanlı tərəfdaşlarla yeni birgə layihələrin yaradılmasına daha çox təsir göstərməyə imkan verəcək.

Bu gün SOCAR Türkmənistanda bir sıra layihələrin həyata keçirilməsində, o cümlədən “Dostluq” yatağının işlənməsində, Türkmənistan neftinin Azərbaycan ərazisi ilə beynəlxalq bazarlara nəqlində iştirak edir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı qalasının bayır tərəfdən görüntüsü, 1890-cı il. O vaxt Aşumovski adlanan bu meydan hal-hazırda mövcud deyil. Müasir dövrdə, burada Sabir bağını görə bilərik.

Redaktor seçimi

SON XƏBƏRLƏR