Slimfit
  1. CƏMİYYƏT

Azərbaycanın iki qonşusu uçuşları qarşılıqlı bərpa edir

Azərbaycanın iki qonşusu uçuşları qarşılıqlı bərpa edir
Sakura

Azərbaycanın iki qonşusu uçuşları qarşılıqlı bərpa edir

Avqustun 1-dən Rusiya ilə Türkiyə arasındakı uçuşlar bərpa olunur. Azərbaycanın iki qonşusu yenidən hava əlaqəsi yaradır.

Ens.az Bizimyol.info-a istinadən xəbər verir ki, əvvəlcə Moskva, Sankt-Peterburq, Rostovdan Ankaraya, İstanbula və geri uçuşlar təşkil olunacaq. Avqustun 10-dan Bodrum, Antalya, Dalaman hava limanlarından da istifadə ediləcək. Yəni dəniz kənarında dincəlmək istəyənlər gələn ayın ilk dekadasının sonunu gözləməli olacaq.

Türkiyənin nəqliyyat naziri Adil Karaismailoğlunun sözlərinə görə, zamanla uçuşların həyata keçiriləcəyi ölkələrin, şəhərlərin sayı artacaq. Məsələn, avqustun 1-dən Rusiyadan başqa, Küveytlə, Hindistanla, Cənubi Afrika Respublikası ilə də hava əlaqəsi bərpa olunur. Virusa yoluxma sayı azalsa, bu ölkələrin sırasına Özbəkistan, Tunis, Əlcəzair, Misir, Qırğızıstan, İraq və Keniya da qoşulacaq.

Ümumilikdə, Karaismailoğlu nikbin olduğunu gizlətməyib. Onun fikrincə, Türkiyə koronavirusla uğurlu mübarizə aparıb və hava əlaqələrinin bərpası istiqamətində yalnız yaxşı xəbərlər gözləmək lazımdır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1916-cı il yay Olimpiya oyunlarının Berlində keçirilməsi nəzərdə tutulsa da, Birinci Dünya müharibəsi buna mane oldu.

Redaktor seçimi

SON XƏBƏRLƏR