Slimfit
  1. İQTİSADİYYAT

Azərbaycanın icmal büdcəsində 8 milyard manata yaxın qalıq yaranıb

Azərbaycanın icmal büdcəsində 8 milyard manata yaxın qalıq yaranıb
Sakura

Azərbaycanın icmal büdcəsində 8 milyard manata yaxın qalıq yaranıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin mədaxili ötən ilin eyni dövrü ilə müqayisədə 4,9% çox - 16 871,2 milyon manat, məxarici isə illik müqayisədə 6,5% çox - 16 690,6 milyon manat təşkil edib, büdcədə 180,6 milyon manat qalıq yaranıb.

"Report" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Məlumata görə, hesabat dövründə Vergilər Nazirliyinin xətti ilə büdcəyə 5 608,5 milyon manat ödənilib ki, bu da 1 il əvvələ nisbətən 5,7% çoxdur. Həmin vəsaitin 70%-i və yaxud 3 928,4 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşür ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,6% çoxdur.

9 ay ərzində Dövlət Gömrük Komitəsinin xətti ilə isə büdcəyə 3 250,1 milyon manat vəsait təmin edilib ki, bu da illik müqayisədə 25% çoxdur.

Yanvar-sentyabrda dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 17,3% artaraq 377,2 milyon manat, sair daxilolmalar isə 32,9% artaraq 99,4 milyon manat olub.

Dövlət Neft Fondundan (ARDNF) isə büdcəyə 7 536 milyon manat vəsait transfert edilib.

2019-cu ilin iyul-sentyabr aylarında dövlət büdcəsinin mədaxil proqnozu 6 465,7 milyon manat icra olunub ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 3% çoxdur.

***

Hesabat dövründə dövlət büdcəsi xərclərinin 35,3%-i və yaxud 5 888,7 milyon manatı sosialyönümlü istiqamətlərin (əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) maliyyələşdirilməsinə yönəldilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% çoxdur.

9 ay ərzində xərclərin 8 948,5 milyon manatı və yaxud 53,6%-i cari, 6 320,6 milyon manatı və yaxud 37,9%-i əsaslı, 1 421,5 milyon manatı və yaxud 8,5%-i isə dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclər olub.

Cari ilin iyul-sentyabr aylarında isə dövlət büdcəsinin xərcləri 5 739,6 milyon manat icra olunub.

9 ay ərzində Azərbaycanın icmal büdcəsinin gəlirləri 25 566,7 milyon manat (7,1% çox), xərcləri 17 963,6 milyon manat (cüzi çox) təşkil edib. Son nəticədə icmal büdcədə 7 603,1 milyon manat qalıq yaranıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli şairlərimiz Mola Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

Redaktor seçimi

SON XƏBƏRLƏR