Slimfit
  1. SİYASƏT

Azərbaycanın hansı xarici ölkələrdəki səfirliklərində yoxlama aparılacaq...

Azərbaycanın hansı xarici ölkələrdəki səfirliklərində yoxlama aparılacaq...
Sakura

Azərbaycanın hansı xarici ölkələrdəki səfirliklərində yoxlama aparılacaq...

Prezident İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman bəzi diplomatları sərt tənqid edib.

Bəzi diplomatların dövlətə xəyanət etmələrinə diqqət çəkən dövlət başçısı deyib ki, onlar satqınlıq ediblər və bunu gizlətmirlər:

“Bu gün Azərbaycana qarşı çirkin kampaniya aparan, özünü azərbaycanlı kimi təqdim edən, əslində, ermənilərdən də pis olan ünsürlərin mütləq əksəriyyəti yaşadıqları ölkələrin xüsusi xidmət orqanlarının nəzarətindədir. Onlardan pul və təlimatlar alırlar. Bizdə bu məsələ ilə bağlı kifayət qədər məlumatlar var. Bizim xüsusi xidmət orqanlarımız tərəfdaş ölkələrin xüsusi xidmət orqanlarına dəfələrlə bu haqda məlumatlar vermişlər”.

Ölkə başçısının bu açıqlaması həm də ayrı-ayrı ölkələrdəki diplomatik korpurslarımıza bir xəbərdarlıq idi. Hətta bəzi məlumatlara görə, Hesablama Palatası  bəzi səfirlik və diplomatik nümayəndəliklərdə yoxlamalara başlayıb. 

Ens.az xəbər verir ki, Hesablama Platasının mətbuat katibi Nailə Qazıyeva Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu günə qədər onlar tərəfindən aparılan yoxlamalar barədə mətbuata geniş açıqlamalar verilib. "Ancaq qeyd etdiyiniz məsələ ilə bağlı hələlik yoxlama aparılmayıb. Cari dövrdə yoxlama aparılması nəzərdə tutulmayıb. Hesablama Palatası görülən işlər barədə mətbuata mütəmadi məlumat verir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR