Slimfit
  1. İDMAN

Azərbaycanın gənc güləşçiləri Avropa çempionatını 9 medalla başa vurub

Azərbaycanın gənc güləşçiləri Avropa çempionatını 9 medalla başa vurub
Sakura

İtaliyanın paytaxtı Roma şəhərində güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb

İtaliyanın paytaxtı Roma şəhərində güləş üzrə gənclərin Avropa çempionatı başa çatıb.

"Report" xəbər verir ki, çempionatın son günlərində mübarizə aparan Azərbaycan sərbəst güləşçiləri 3 gümüş və 4 bürünc medal əldə ediblər.

İntiqam Vəlizadə (61 kq), Hacımurad Hacıyev (70 kq) və Asxab Həmzətov (92 kq) yalnız final görüşündə uduzaraq gümüş medalla kifayətlənib. Bürünc medallara isə Əliabbas Rzazadə (57 kq), İsmayıl Abdullayev (74 kq), Orxan Abbasov (79 kq) və Rahid Həmidli (125 kq) yiyələnib.

Bu nəticə ilə sərbəst güləş yığması komanda hesabında Avropa ikincisi olub. Rusiya birinci, Ermənistan isə üçüncü pillədə qərarlaşıb.

Çempionatın ilk günlərində mübarizə aparan yunan-Roma güləşçiləri 1 qızıl, qadın güləşçilər isə 1 gümüş medala sahib olub. Yunan-Roma güləşi növündə Ülvi Qənizadə (72 kq), qadın güləşçilərdən isə Tatyana Varantsova (53 kq) fəxri kürsüdə yer alıb.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fransızlar tərəfindən başları bədənindən ayrılan Mərakeş müsəlmanlarının təsvir olunduğu POÇT MARKAsı. 1922-ci ildə Fransada istifadə olunub.

Redaktor seçimi

SON XƏBƏRLƏR