Dərc edildi: Baxış sayı: 341
Azərbaycanın ərazi bütövlüyünə dəstəyimiz... - Zelenski
Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi üzrə Ukraynanın dəyişməz mövqeyini bir daha təsdiq edirəm.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bu sözlər Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Müstəqillik Günü ilə bağlı göndərdiyi məktubda əksini tapıb.
“Dövlətimiz və bütün sivil dünya üçün bu çətin zamanda, Rusiyanın Ukraynaya qarşı davam edən müharibəsi dönəmində Azərbaycanın ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinin dəstəklənməsinə dair ardıcıl mövqeyinə görə minnətdarlığımı bildirmək istərdim”, - o qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət